39 arvad və 127 uşaq atası - Foto
Bizi izləyin

Dünya

39 arvad və 127 uşaq atası - Foto

Hindistanın Mizoram əyalətində yaşayan Zionqaka Çana nə az-nə çox - 39 arvad və 127 uşağa sahibdir.

Böyük bir külfətə malik olan Çana, Hindistanda bütün siyasətçilərin diqqətini çəkib. Çana və ailəsi 4 mərtəbəli, 100 otaqlı evdə yaşayır. İndi isə Hindistanda seçkilərin qızışdığı vaxtda, Çana və ailəsinin kimə səs verəcəyi hamını düşündürür. O, isə siyasətçilərdən nəinki öz ailəsinin, hətta bütün dövlətin rifahını təmin edəcək namizədə səs vermək istəyir. Artıq bir neçə siyasətçi seçkilər öncəsi onun evinə gedərək köməklik etməyə çalışıb.

Ailə nizam-intizamla idarə olunur. Ən yaşlı arvadın 69 yaşı var və ev işlərində kimin hansı işləri görməsi haqda siyahı tərtib edir.

4 nəsildən bəri davam edərək gələn tayfa 1930-cu illərdə Çananın babasıyla başlayır və bu gün 1700 adama çatıb.

Qeyd edək ki, Hindistanda 814 milyon seçicinin səs verdiyi seçkilər 9 mərhələdə keçirilir. 7 apreldə başlayan seçki 12 mayda sona çatacaq. Seçki nəticələrinin isə 16 mayda açıqlanması gözlənilir.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm