Dünya
Separatçılara qarşı döyüş başladı
“Ukraynanın Donetsk vilayətində terrorçuluğa qarşı əməliyyat planının həyata keçirilməsinə başlanılıb”.
Publika.Az – ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, bu barədə “İnformasiya müqaviməti” qrupunun nümayəndəsi, Hərbi-Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Dmitri Timçuk “Facebook” səhifəsində yazıb.
O, Ukrayna Təhlükəzilik Xidməti yanında antiterror mərkəzinin dünəndən hərəkətə keçdiyini bildirib: “Əməliyyatın ilkin hədəfləri müəyyən edilib. Əsas məqsəd dinc əhalinin təhlükəsizliyini təmin etməkdir. Amma yerli əhalinin seperatçıların aksiyalarına cəlb edildiyini nəzərə alsaq, buna tam olaraq zəmanət vermək mümkün deyil”.
Hərbi-Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri hazırda qonşu vilayətlərdən Donetsk vilayətinə ekstremist qrupların keçməsi cəhdlərinin müşahidə olunduğunu deyib. Bu cəhdlərin qarşısının yerli milis əməkdaşları və özünümüdafiə gücləri tərəfindən alındığını qeyd edən D.Timçuk Rusiya ilə dövlət sərhədinin də mühafizəsinin gücləndirildiyini yazıb.
Xatırladaq ki, dünən Ukrayna Ali Radanın sədri, prezident səlahiyyətlərini icra edən Aleksandr Turçinov ölkənin şərqində terrorçuluğa qarşı əməliyyatın aparılması barədə fərman imzalayıb.
Rusiyanın İTAR-TASS xəbər agentliyi isə seperatçıların lideri Vyaçeslav Ponomaryova istinadən Ukrayna ordusunun ağır hərbi texnikasının Slavyansk şəhərinə doğru hərəkət etdiyini xəbər verib. V.Ponomaryov qan tökülməsini istəmədiklərini, konstruktiv danışıqlara hazır olduğunu bildirib.
Ömər Dağlı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?