
"1915-ci il qondarma "erməni soyqırımı" hadisəsi tarixçilər tərəfindən araşdırılmalıdır."
Bu barədə Türkiyə Böyük Millət Məclisinin (parlament) sədri Cəmil Çiçək bəyan edib.
Spikerin sözlərinə görə, Türkiyə bu hadisəni araşdırmağa hazırdır.
O, həmçinin qeyd edib ki, digər ölkələrin parlamentariləri
tarixi müzakirə etmək əvəzinə dövlətlər arasında münasibətlərin
inkişafına yardım etməlidirlər.
Bu gün Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu yerli
"Haber7" telekanalına açıqlamasında deyib ki, qondarma "erməni
soyqırımı" ABŞ Senatının gündəliyinə daxil edilməyəcək: "Qondarma
"erməni soyqırımı" ABŞ Senatının gündəliyinə salınmayacaq. ABŞ
dövlət katibi Con Kerri ilə telefon danışıqlarında Birləşmiş
Ştatlar rəsmisi bunu bizə bəyan edib".
Onu sözlərinə görə, Türkiyə bu məsələni yaxından izləyir.
XİN rəhbəri onu da qeyd edib ki, ABŞ Senatının Xarici əlaqələr komitəsinin qondarma "erməni soyqırımı" iddialarını dəstəkləyən qətnaməni qəbul etməsindən sonra məsələ Senatın gündəliyinə salınarsa, Türkiyə səssiz qalmayacaq.
Qeyd edək ki, aprelin 10-da ABŞ Senatının Xarici əlaqələr komitəsi qondarma "erməni soyqırımı" iddialarını dəstəkləyən qətnaməni qəbul edib. /Trend/