Mübariz Mənsimov türk qızına 500 min avro bağışlayıb
Bizi izləyin

Dünya

Mübariz Mənsimov türk qızına 500 min avro bağışlayıb

Xərçəng xəstəliyindən əziyyət çəkən Tuananın hesabına 500 min avro köçürülüb.

Xərçəng xəstəliyindən əziyyət çəkən Tuananın hesabına 500 min avro köçürülüb.

Azərbaycanlı iş adamı Mübariz Mənsimov 2 yaşlı Tuanaya kömək əlini uzadıb. Belə ki, o, xərçəng xəstəliyindən əziyyət çəkən Tuananın hesabına 500 min avro köçürdüb. Balaca körpə valideynləri ilə birlikdə müalicəsini davam etdirmək üçün 2 illik Almaniyaya yola salınıb.

Qeyd edək ki, 2 yaşlı Tuana Gülbən Ərgənin Şou TV-də apardığı verilişə qonaq qismində gətirilib və ona kömək lazım olduğu vurğulanıb. Veriliş vaxtı Mübariz Mənsimovun işçisi studiyaya zəng edərək kömək etməyə hazır olduğunu bildirib və uşağın hesabına 500 min avro köçürüləcəyini qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm