Dünya
Erməni nəşri: “Sarkisyan 18 milyon dollar otlaq pulunu da yedi”
Bir çox hallarda hökumətlərin istefası və yeni hökumətin qurulması müsbət istiqamətdə dəyişiklik kimi qiymətləndirilir.
Düşmən Ermənistanda isə bu heç də belə deyil. Ermənistanda Tiqran Sarkisyanın başçılıq etdiyi hökumət artıq tarixə çevrildi. Onu Milli Məclisin sədri Hovik Abrahamyan əvəz edib.
Hökumətin istefasından sonra da heç kəs Ermənistanda pozitiv dəyişiklikləri gözləmir.
Publika.Az – ın verdiyi xəbərə görə, Ermənistanın “Milli ideya” nəşri erməni ictimai rəyinin də ölkədə dəyişikliklərin yalnız mənfi istiqamətdə olacağı ilə bağlı olduğunu bildirir. Qəzet ən yaxşı halda vəziyyətin olduğunu kimi qalacağını bildirir.
Ermənistan ümumi daxili məhsulun həcminin azalma tempinə görə, ATƏT ölkələri arasında sonuncu yerdədir. Bu da onunla izah olunur ki, beynəlxalq maliyyə böhranı illərində xaricdən edilən pul köçürmələri kəskin azalıb. Tiqran Sarkisyan hökumətini isə tənqid edirdilər ki, Ermənistanın xarici dövlət borcu iki dəfə artaraq 2 milyard dollara çatıb. Yüksək xarici borca baxmayaraq, bunun ümumi daxili məhsulun artımına müsbət təsir göstərmədiyi bildirilir. Erməni nəşri 2009-cu ildə Rusiyadan alınan yarım milyard dollar kreditin Serj Sarkisyanın ailə üzvləri və Ermənistanın ikinci prezidenti Robert Köçəryan üçün Yerevanın mərkəzində binaların tikildiyini yazır. Qəzet Ümumdünya Bankında otlaq sahələrin artırılması üçün alınan 18 milyon dollar krediti xatırladır. “Milli ideya” bu pulun çoxdan yeyildiyini və Ermənistanda heç kimin otlaqların genişləndirilməsini görmədiyini qeyd edir.
Qəzet yazır ki, baş nazir Sarkisyanı həm də qarşısıalınmaz miqrasiyaya görə tənqid edirdilər. Ancaq erməni nəşri insanların xaricə axının da birbaşa olaraq baş nazirlə bağlı olmadığını bildirir.
“Miqrasiya birbaşa olaraq iqtisadi proseslərin nəticəsi deyil. Əgər belə olsaydı, beş min ildən çoxdur ki, aclıq çəkən Hindistanda bu gün əhali qalmazdı. Miqrasiya mənəvi-əxlaqlı böhranın məhsuludur. Baxmayaraq ki, prezident Serj Sarkisyan özünü çox rahat hiss edir. Bir sözlə, təhlükəli miqrasiyanın yeni bumu məhz o zaman başlandı ki, Ermənistanın əhalisi yeni prezidentin ölkədə heç nə dəyişdirməyəcəyini dərk etdi”, - “Milli ideya” sonda yazır.
Ömər Dağlı
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək