Ukraynada rus telejurnalistlər saxlanılıb
Bizi izləyin

Dünya

Ukraynada rus telejurnalistlər saxlanılıb

Ukraynada "Rossiya" televiziya kanalının çəkiliş qrupu saxlanılıb.

Ukraynada "Rossiya" televiziya kanalının çəkiliş qrupu saxlanılıb.

Ukraynanın Xarkov şəhərində "Rossiya" televiziya kanalının xüsusi müxbiri Yevgeni Reşetnev, operator Sergey Truskov və mühəndis Vadim Klivanovdan ibarət çəkiliş qrupu saxlanılıb. Xəbəri "Rossiya" televiziyası yayıb.

"Televiziyanın çəkiliş qrupu aprelin 16-da Ukraynada saxlanılıb. Əldə edilən məlumata görə, müxbir Yevgeni Reşetnev, operator Sergey Truskov və mühəndis Vadim Klivanovu heç bir səbəb göstərmədən əsgərlər dayandırıb. Onlarla son əlaqə Xarkovun İzumsk bölgəsinin Levkovka ərazisi yaxınlığında olub. Saat 18:37 -də qrupdan qısa bir SMS gəlib: "Saxlanıldıq". Mesajdan sonra hər üç əməkdaşın cib telefonlarına zəng çatmayıb." - deyə televiziyanın xəbərində deyilib. /ans/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm