Ya Ərdoğan, ya da Gül…
Bizi izləyin

Dünya

Ya Ərdoğan, ya da Gül…

Ya Ərdoğan, ya da Gül…

Türkiyədə avqusta ayında keçiriləcək prezidenti seçkiləri ilə bağlı Ədalət və İnkişaf Partiyası (AKP) ilk müşavirəsini keçirib.

Publika.Az – ın Türkiyə medaisına istinadən verdiyi məlumata görə, müşavirədə çıxış edən 24 millət vəkilindən 20-si baş nazir Ərdoğanın Köşkə çıxmasını istəyib.

Çıxış edən digər millət vəkilləri isə partiya və ölkənin gələcəyi baxımından Ərdoğanı AKP-nin rəhbəri olaraq görmək istədiklərini söyləyib. Müşavirədə iştirak edən millət vəkillərinə anket paylanıb və onlardan kimi AKP-nin prezidentliyə namizədi olaraq görmək istədikləri soruşulub. Onların böyük hissəsi Ərdoğanı, kiçik bir hissəsi isə Gülü prezident olaraq görmək istəyini qeyd edib.

Sorğunun nəticəsinə görə, üçüncü şəxsin adı çəkilməyib.

Baş nazir prezident seçkiləri ilə bağlı qərarını hələ vermədiyini deyib: “İndiki mərhələdə kiminsə adının çəkilməsini doğru hesab etmirəm. Mənli və yaxud mənsiz tufan olmaz. Əhəmiyyətli olan partiyanın uğurudur”.

Türkiyə baş naziri mövzunu prezident Abdula Gül ilə də müzakirə edəcəyini bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm