“Stratfor”: “Ərdoğan rəqiblərin təqibində Azərbaycanın yardımına nail olacaq”
Bizi izləyin

Dünya

“Stratfor”: “Ərdoğan rəqiblərin təqibində Azərbaycanın yardımına nail olacaq”

“Stratfor”: “Ərdoğan rəqiblərin təqibində Azərbaycanın yardımına nail olacaq”

ABŞ-ın tanınmış beyin mərkəzi olan"Stratfor" geosiyasi mövzularla bağlı 2014-cü ilin ikinci rübünə dair proqnozlarını verib.

Publika.Az – ın verdiyi xəbərə görə, hazırlanan analizdə Türkiyə və Azərbaycan əməkdaşlığı da yer alıb.

Bildirilir ki, baş nazir Rəcəb Tayyib Ərdoğan öz siyasi rəqiblərin təqib edilməsində Azərbaycanın yardımına nail olacaq. “Bakı artıq çoxdan “Hizmət” hərəkatına Ankaranın münasibətini bölüşür”, - “Stratfor” qeyd edib.

Beyin mərkəzi həmçinin bildirir ki, 2014-cü ilin ikinci rübündə Türkiyə diqqətini daha çox Azərbaycanla münasibətlərinə ayıracaq:

“Türkiyə Rusiyaya göstərməyə çalışacaq ki, Qafqazda öz maraqlarını və cənub energetika layihələrini Rusiyanın müdaxiləsindən müdafiə etmək niyyətindədir. Türkiyə NATO forumlarında həyacanlı şəkildə Avrasiya coğrafiyasında Rusiyanın təsirindən danışacaq. Ancaq ritorikanın sərhədlərini keçə və Moskvaya birbaşa çağırışlar edə bilməyəcək”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm