Dünya
Təlim alıb geri dönürlər – Türkiyə üçün şok hesabat
Türkiyə Təhlükəsizlik Müdirliyi və Jandarm Qüvvələrinin kəşfiyyat qurumlarının hazırladığı hesabat ölkənin təhlükəsizliyi üçün bir siqnal ola bilər.
Publika.Az – ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, “Həll müddəti – PKK” adlanan hesabatda terror təşkilatına 2 minə yaxın yeni üzvün qatıldığı bildirilir. Hesabatda “Yeni üzvlər sərhəd xaricinə çəkildikdən qısa müddət sonra geri dönürlər” deyilir.
Bu qrupların çoxunun silahlı aksiyalara qatılmadığı, təşkilatın düşərgələrində siyasi təlim aldıqdan sonra geri döndüyü qeyd olunub. Hesabatda PKK-nın silahlı birləşmələrinin sərhədin sıfır nöqtələrindəki sığınacaqları aktiv hala gətirdiyi, qida, dərman, geyim və digər lazımı məhsulları topladığı bildirilir. “İndiyə kimi 65 qrupun ölkə sərhədindən xaricinə çıxdığı müəyyənləşdirilib.
Hər qrup orta hesabla 14-16 nəfərdir və ümumilikdə ölkədən çıxan PKK-lıların sayı 1000-ə yaxın olub. PKK silahlı birləşmələrinin ölkə xaricinə çıxması müddəti 3 ayla məhdudlaşıb. Təşkilat hazırda mövcud vəziyyətini qoruyur”, - hesabatda qeyd olunub.
Hesabatda Tunceli, Hakkari, Şırnak, Diyarbəkr, Bingöl, Van və Muşda təşkilatın silahlı birləşmələrinin varlığını qoruduğu, çəkilmənin daxili bölgələrdə, həmçinin Qara dəniz və Şərqi Anadoludakı bəzi vilayətlərdə məhdud şəkildə həyata keçirildiyi ifadə olunub.
Ömər Dağlı
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...