“Gələcəklə əlaqədar siyasi planım yoxdur” – Meydan Ərdoğana qaldı
Bizi izləyin

Dünya

“Gələcəklə əlaqədar siyasi planım yoxdur” – Meydan Ərdoğana qaldı

“Gələcəklə əlaqədar siyasi planım yoxdur” – Meydan Ərdoğana qaldı

Avqust ayında Türkiyədə keçiriləcək prezident seçkilərində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədinin kim olacağı barədə qızğın müzakirələrin getdiyi bir vaxtda, potensial namizədlərdən sayılan prezident Abdulla Gül məsələyə böyük ölçüdə aydınlıq gətirib.

Publika.Az – ın Türkiyə medasına istinadən verdiyi məlumata görə, dövlət başçısı jurnalistlərin suallarını cavablandırarkən “Bu günkü mövcud şərtlər daxilində gələcəklə bağlı siyasi planım yoxdur” deyib.

A.Gül atdığı bütün addımlarında dövlətə şərəflə xidmət etdiyini və bundan böyük qürur hissinin olmadığını dilə gətirib.

Türkiyə mediasının yazdığına görə, AKP prezidentliyə namizəd olaraq iki ad – A.Gül və baş nazir Rəcəb Tayyib Ərdoğan üzərində dayanır. Amma baş nazirin şansları daha yüksək qiymətləndirilir. AKP-nin dünən preizdent seçkiləri ilə bağlı keçirdiyi ilk müşavirəsində çıxış edən 24 AKP-li millət vəkilindən 20-si Ərdoğanı prezident olaraq görmək istədiyini bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm