Krım tatarları kütləvi şəkildə işdən çıxarılır
Bizi izləyin

Dünya

Krım tatarları kütləvi şəkildə işdən çıxarılır

Krım tatarları kütləvi şəkildə işdən çıxarılır

Rusiya Federasiyası vətəndaşlığından imtina edən Krım tatarları işdən çıxarılır.

Publika.Az – ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Krım tatarlarının lideri, Ukrayna Ali Radanın üzvü Mustafa Cəmilov “Qromadski TV”nin efirində bildirib.

“Krımdakı vəziyyəti məyusluq doğurur. Addımbaşı sənədlərin yoxlanılması prosesi gedir. Krım tatarları Rusiya Federasiyasının vətəndaşı olmağı arzulamırlar. Amma faktiki olaraq buna məcbur edilirlər. Çünki, onlar Rusiya pasportlarını almayacağı halda, işə düzələ bilməyəcəklər. Rusiya pasportlarından imtina edənlərin artıq işdən qovulmasına başlanılıb. Onların mülkiyyət hüququ da şübhə altındadır”, - Cəmilov qeyd edib.

O, az sayda Krım tatarının Rusiya pasportu aldığını deyib.

Qeyd edək ki, Ukrayna və ya Rusiya vətəndaşlığını seçmək üçün krımlılara verilən müddət dünən başa çatıb.

Rusiya vətəndaşlığını seçməyənlər bu gündən başlayaraq, əcnəbi hesab olunacaq. Onların Krımda qalması üçün isə sənədlərin rəsmiləşdirilməsi lazım gələcək.

Ukrayna ədliyyə naziri Pavel Petrenko krımlılara Rusiya vətəndaşlığının verilməsinin işğal güclərinin qərarı olduğunu deyib. “Ukrayna Ali Radası Krımın işğalı ilə bağlı qanun qəbul edib. Qanuna müvafiq olaraq yarımadanın bütün sakinləri Ukrayna vətəndaşı olaraq qalır”, - P.Petrenko vurğulayıb.

Onun sözlərinə görə, Krımdan köçmək istəməyən ukraynalıların köçürülməsi deportasiya hesab olunacaq və buna görə Rusiya rəhbərliyi cavab verəcək. Ədiliyyə naziri belə bir vəziyyətlə qarşılaşan krımlıların Avropa Məhkəməsinə müraciət etmək hüququnun olduğunu bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm