Yanukoviçin şəhərində Ukrayna bayrağı qaldırıldı
Bizi izləyin

Dünya

Yanukoviçin şəhərində Ukrayna bayrağı qaldırıldı

Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin doğulduğu Donetsk vilayətinin Yenakiyevo şəhərində bazar günü separatçılar harasa yoxa çıxıb.

Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin doğulduğu Donetsk vilayətinin Yenakiyevo şəhərində bazar günü separatçılar harasa yoxa çıxıb.

Şəhər icra hakimiyyətinin binası da boşaldılıb. Separatçılar Yenakiyevo şəhərinin icra hakimiyyəti binasını hələ aprelin 13-də tutub.

Hələ dünən binanın üzərinə separatçıların bayrağı dalğalanırdı. Bu gün isə binanın üzərində Ukrayna bayrağı dalğalanır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm