
Avstrayada yaşayan və rəfiqə olan iki yeniyetmə qız
Suriyaya gedib. ANS PRESS-in məlumatına görə, 15-16 yaşlarında olan
Sabina Səlimoviç və Bosniya əsilli Səmra Kesinoviç adlı qızların
Suriyaya döyüşməyə getdikləri bildirilir.
Ailələri tərəfindən qızlar barəsində İnterpol yolu ilə beynəlxalq
axtarış elan edilib. Aprelin 10-dan etibarən yoxa çıxan Bosniya
əsilli qızların Türkiyə üzərindən Suriyaya gedikləri bildirilir.
Evlərini tərk edən qızlar ailələrinə məktub da yazıblar. Məktubda
isə onların Suriyadakı cihada qoşulmağa getdiklərini qeyd
ediblər:
“Biz Suriyaya gedirik. Cənnətdə görüşərik”.
Bir müddət sonra qızların Suriyada çəkdirkiləri fotoları da
internetdə yayımlanıb. Video “Bu günə qədər Allah bizə Vyanada
yaşamaq fürsətini verdi. Ancaq biz artıq Suriyada olmalıyıq. Allah
bizi buraya çağırırdı”, deyə şərhlə paylaşılıb.