
Rusiya prezidenti Vladimir Putinin Rusiya parlamentinə təqdim etdiyi qanun layihəsi Krımda leqal qumar biznesi zonasının yaradılmasını nəzərdə tutur.
Putin bu addımı atmaqla özünün Krım niyyətinin məğzini açıqlayıb. Sən demə, o, yeni leqal qumar zonası axtarırmış.
Bunun üçün isə ən sərfəli yer məhz Krım imiş. Qanun layihəsinə görə, bu addımın məqsədi Krıma investisiya cəlb etməkdir.
Yeni qumar zonasının sərhədlərini hakimiyyət sonradan müəyyən edəcək.
Xatırladaq ki, Rusiyada kazinolar 2009-cu ildə qadağan olunub. Ancaq sonradan Rusiyada 4 qumar zonası yaradılıb. Krım isə 5-ci belə zona olacaq. /Ans/