Son illərin ən dəhşətli qırğını: “Qadınlara təcavüz edin”
Bizi izləyin

Dünya

Son illərin ən dəhşətli qırğını: “Qadınlara təcavüz edin”

BMT Cənubi Sudanda son zamanların ən dəhşətli qırğınlarından birinin yaşandığını bildirib.

BMT Cənubi Sudanda son zamanların ən dəhşətli qırğınlarından birinin yaşandığını bildirib.

Publika.az xəbər verir ki, silahlı üsyançıların neftlə zəngin qəsəbəyə hücumu nəticəsində yüzlərlə dinc sakin öldürülüb.

BMT-nin Cənubi Sudan missiyası yalnız bir məsciddə 200-dən çox vətəndaşın ölü, 400-nün isə yaralı tapıldığını açıqlayıb. Bir kilsə, xəstəxana və tərk edilmiş haldakı BMT Dünya Qida Proqramı binasında da uşaqlar da daxil olmaqla çox sayda vətəndaşın öldürüldüyü ifadə edilib.

Silahlı qruplar basqın zamanı yerli radio kanalından etdikləri anonslarda döyüşçülərə müxalif tayfalardan olan qadınlara təcavüz etmələri və rəqib qrupları qəsəbədən uzaqlaştırmaları çağırışı edib.

Oral Mədənçi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm