Fransa prezidenti Olland "cihad"la bağlı qərar verdi
Bizi izləyin

Dünya

Fransa prezidenti Olland "cihad"la bağlı qərar verdi

Fransa prezidenti Fransua Olland ölkəsinin "cihad”a qarşı mübarizə üçün bütün zəruri tədbirləri görəcəyini açıqlayıb.

Fransa prezidenti Fransua Olland ölkəsinin "cihad”a qarşı mübarizə üçün bütün zəruri tədbirləri görəcəyini açıqlayıb.

Publika.az xəbər verir ki, Parisdəki Ərəb Dünyası İnstitutunda həcc mövzusunda təşkil olunmuş sərginin açılışında çıxış edən prezident Fransada “cihad” haqqında düşünənlərin, onu təbliğ edənlərin sərt formada cəzalandırılacağını deyib.

Fransua Olland sabah daxili İşlər naziri Bernard Cazeneuvenin döyüşmək üçün Suriyaya gedən fransızlarla əlaqədar bir plan açıqlayacağını söyləyib. Olland, bu planın islam dininə qarşı deyil, dinin başda terrorizm olmaq üzrə başqa məqsədlər üçün istifadə edilməsi ilə mübarizə üçün tətbiq ediləcəyini deyib.

Fransa xarici işlər naziri Laurent Fabius isə Bəşər Əsədə qarşı döyüşmək üçün Suriyaya gedən Fransa vətəndaşların sayının 500 olduğunu açıqlayıb.

Oral Mədənçi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm