Yer Kürəsində yeganə ölümsüz canlı - Foto
Bizi izləyin

Dünya

Yer Kürəsində yeganə ölümsüz canlı - Foto

Yer Kürəsində yeganə ölümsüz canlı-Foto

Yerdə yaşayan yeganə ölməyən canlı yəqin ki, meduzadır. Diametri 4-5 mm olan hidroid nəslinə məxsus Turritopsis nutricula nadir varlıq olmaqla yanaşı özünü cavanlaşdırmaq iqtidarındadır.

Adətən meduzalar törəyib çoxaldıqdan sonra məhv olur, lakin Turritopsis meduzaları "yaşlı" mərhələsindən poliplərin "cavan" mərhələsinədək qayıda bilir. Nəzəri cəhətdən, bu dövr əbədi davam etdiyindən meduzaları ölümsüz edir. Turritopsis nutricula hidroidləri tropik sularda aşkar olunub. Lakin ehtimallara görə, hidroidlərin bu növü digər regionlarda da yayılır.

Bioloq və genetiklər meduza və hidraların köməkliyi ilə qocalmanın qarşısını almağın yollarını axtarır. Hidraların “bioloji ölüm” yaşamaması fərziyyəsi 19-cu əsrdə irəli sürülüb. 1990-cı illərin sonlarında isə təcrübə əsasında hidraların qocalmaması sübut olunub.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm