Rusiya NATO sərhədini pozdu – F-16-lar havaya qalxdı
Bizi izləyin

Dünya

Rusiya NATO sərhədini pozdu – F-16-lar havaya qalxdı

Rusiyaya məxsus iki bombardmançı təyyarə NATO-nun yaradıcısı olan ölkərdən biri – Hollandiyanın hava sərhədlərini pozub.

Rusiyaya məxsus iki bombardmançı təyyarə NATO-nun yaradıcısı olan ölkərdən biri – Hollandiyanın hava sərhədlərini pozub.

Bu həyəcanlı anlarla əlaqədar Hollandiya müdafiə strukturu “Volkel” hərbi bazasından havaya təcili şəkildə iki F-16 qırıcı təyyarəsi qaldırıb. Məqsəd Rusiyanın TU-95 tipli bombardmançısını saxlamaqdı.

Hollandiya Müdafiə Nazirliyinin açıqlamasına görə, rus təyyarələri belə manevrlər etməklə Danimarka və Böyük Britaniyanın hava qüvvələrini izləyirlər.

Xatırladaq ki, Ukrayna hadisələri ilə əlaqədar Hollandiya aprelin 10-da NATO təlimləri çərçivəsində Rusiya ilə əməkdaşlığa xitam verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm