Obama yenə “Böyük Fəlakət” dedi
Bizi izləyin

Dünya

Obama yenə “Böyük Fəlakət” dedi

Obama yenə “Böyük Fəlakət” dedi

ABŞ prezidenti Barak Obama ermənilərin “erməni soyqırım” kimi qələmə verməyə çalışdığı 1915-ci il hadisələri ilə bağlı keçən ilki açıqlamasını təkrarlayıb.

Publika.Az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, ABŞ dövlət başçısı bu gün yazılı olaraq verdiyi açıqlamasında “Böyük Fəlakət" anlamına gələn “Meds Yeghern" ifadəsini işlədib.

B.Obama 99 il əvvəl Osmanlı İmperatorluğunun son günlərində 1,5 milyon erməninin qətl edildiyini ifadə edib.

ABŞ prezidenti 1915-ci ildə baş verən hadisələrə baxışının dəyişmədiyini və bunu dəfələrlə dilə gətirdiyini bildirib. O, gerçəklərin tam, dürüst və ədalətli şəkildə qəbul edilməsinin hər kəsin xeyrinə olduğunu bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm