AKP ermənilərin nəvələrinə pasport verilməsi imkanını öyrənir
Bizi izləyin

Dünya

AKP ermənilərin nəvələrinə pasport verilməsi imkanını öyrənir

Hakim partiya: Türkiyə ölkəni tərk etmiş ermənilərin nəsillərinə pasport verilməsi imkanını öyrənir

Türkiyə 1915-ci il hadisələri zamanı ölkəni tərk etmiş ermənilərin nəsillərinə pasportların verilməsi imkanını öyrənir. Trend-in "Haber7" telekanalına istinadən verdiyi məlumata görə, bunu hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Yasin Aktay deyib.

Onun sözlərinə görə, Türkiyə ərazisini tərk etməyə məcbur olmuş ermənilər ölkənin vətəndaşları sayılırlar: "Əgər Birinci Dünya müharibəsi olmasaydı, ermənilər Türkiyə vətəndaşları olaraq qalardılar".

Bundan əvvəl Türkiyənin 1915-ci il hadisələri zamanı ölkəni tərk etmiş ermənilərin nəsillərinə pasport verəcəyi barədə məlumat yayılmışdı. Hazırda ölkənin Nazirlər Kabineti və Xarici İşlər Nazirliyi bu məsələlər üzərində çalışır.

Qeyd edək ki, Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri qondarma "soyqırım"ı tanıyıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm