Son və ən qorxunc döyüşlər başlayır: Putin “CƏHƏNNƏM ALOVU”nu işə saldı
Bizi izləyin

Dünya

Son və ən qorxunc döyüşlər başlayır: Putin “CƏHƏNNƏM ALOVU”nu işə saldı

Rusiyanın ötən şənbə Suriyanın Hələb şəhərinin ətrafında “Solntsepyok” TOS-M1 ağır reaktiv odsaçan sistemlərindən istifadə etməsi ağır ittihamlarla üzləşdi.

Rusiyanın ötən şənbə Suriyanın Hələb şəhərinin ətrafında “Solntsepyok” TOS-M1 ağır reaktiv odsaçan sistemlərindən istifadə etməsi ağır ittihamlarla üzləşdi.

Publika.az xəbər verir ki, Qərb KİV-inin yazdığına görə, dünya liderləri və BMT-nin baş katibi “barbarlığı” ittiham etdilər.

“Bəşər Əsədin tərəfdarları olan Rusiya və İran hökumət gücləri və müxalifət qüvvələri arasında bölünən Hələbi almağa kömək edirlər. Bu, rejimin strateji və əhəmiyyətli siyasi qələbəsi olardı. Əgər hücum əvvəlki kimi dağıdıcı şəkildə davam edərsə, bu, müharibənin ən qorxunc döyüşlərindən biri olacaq. Son hücum göstərir ki, Moskva sülh müqaviləsinin canlanmasında maraqlı deyil”, - “The Financial Times”in məqaləsində deyilir.

Hələbdən şəkilən son videomateriallar insanların ağır bombardmandan sonra dağıntıların altında qaldığını göstərir. İnsanlar sağ qalanları dağıntıların altından çıxarmağa çalışır. Şəhərdə qalan həkimlər xəstəxanaların və yaralıların şəklini paylaşaraq yardım üçün yalvarırlar. Üstü qanlı insanlar dəhlizlərdə uzanır, yaralı uşaqlar birbaşa döşəmənin üzərində müalicə olunurlar.

Bəşər Əsəd rejimi və Rusiyanın bombardmançılarının zərbələri nəticəsində Hələb və ətraf ərazilərdə yerli həkimlərin məlumatına görə, 210-dan çox insan həlak olub. BMT-nin baş katibi Pan Gi Mun münaqişənin bütün tərəflərini “dəhşət”ə son qoymağa çağırıb və Hələbdə baş verənləri “barbarlıq” adlandırıb.

“The Times” yazır ki, Suriya və Rusiya hərbi təyyarələri mühasirəyə alınmış Hələbə “bunkerləri dağıdan” adı alan bombaları atırlar. Bununla da Dəməşq rejiminə final quru əməliyyatı üçün meydan hazırlanır. Dünya liderləri Rusiyanın bu taktikasını ittiham ediblər.

Böyük Britaniya, Fransa və ABŞ-ın səlahiyyətli nümayəndələri Əsədin yeni hücumuna etiraz edərək BMT Təhlükəsizlik Şurasının iclasını tərk etdilər. “Ancaq anlaşılmaz olaraq qalır ki, Qərb Rusiya və Suriya güclərinin ipini necə çəkəcək? - “The Times”də gedən yazının müəllif qeyd edir.

Analitiklərin fikrincə, Suriya rejimi və Rusiya Hələbdəki müxalifəti və dinc əhalini aclıq çəkməyə məcbur etmək istəyir. Ötən həftə Hələbə gedən humanitar karvanın bombalanması da bunu deməyə əsas verir.

Amma “Fastakim” müxalifət briqadasının nümayəndəsi Zəkəriyyə Malaxifci bildirib ki, onların iradəsi möhkəmdir.

“Burada heç kim Hələbin itiriləcəyinə inanmır. Biz optimist əhval-ruhiyyədəyik və müxalifət güclərinə inanırıq. Amma humanitar vəziyyət tamamilə faciəlidir. Bombardmanlardan sonra heç nə qalmır”, - Hələb sakini Şərif Damalxi deyib.

Bildirilir ki, Rusiya hərbi strateqləri “nüvə silahından yalnız bir pillə daha zəif” hesab edilən “Solntsepyok” TOS-M1-dən istifadə etməklə müxalifətin əsas qalasını almağı planlaşdırır. Bu silaha “cəhənnəm alovu” da deyirlər. Qərb diplomatlarının sözlərinə görə, bu silahın Hələbdə olmasına kifayət qədər əmindirlər. “Faktiki olaraq, bu, nüvə silahından bir pillə daha zəif və böyük odsaçandır”, - anonim qərb diplomatı deyib.

Suriyada Qurban bayramından əvvəl əldə olunan atəşkəs BMT-nin humanitar karvanına hücumdan sonra kəsildi. Vaşinqton humanitar karvana hücumda Moskvanı ittiham edib, amma Rusiya ittihamları qəbul etməyib.

“İndi biz görürük ki, humanitar karvanına hücumda Rusiya tərəfinin iştirakına dair ən dəqiq elementlər var”, - qərb diplomatı deyib.

KİV bildirir ki, bu ayın əvvəlində dərc edilmiş fotoda “Solntsepyok” TOS-M1 sistemi təsvir edilib. İstefaya çıxan Amerika hərbçisi “The Times” bildirib ki, bu silahın tətbiqi hərbi cinayətdir. “TOS-1A dağıdıcı silahdır. Onu mülki şəxslərə qarşı işlətmək hərbi cinayətdir. Bu şərait Putin və ya Əsədlə sülh razılaşmasına cəhdin sadəlövh dəlilik olduğunu göstərir”, - o, əlavə edib.

Qərb KİV-i yazır ki, Rusiya Suriya macərasının hesabına özünün superdövlət ambisiyalarını təmin edə bilməyib.

Jurnalist Maks Fişer yazır ki, ötən ilin sentyabrındakı və indiki xəritəni müqayisə etsək, Suriyada cəbhə xətlərinin praktik olaraq dəyişmədiyi görünür: “Müdaxilə Rusiyaya öz maraqlarını qorumağa və Suriyada cəbhə xətlərini möhkəmləndirməyə kömək etdi. Amma yüzlərlə aviazərbə, minlərlə qurban və aylarla davam edən danışıqlar Rusiyanın xeyrinə gözəçarpan irəliləyişə gətirib çıxarmayıb. Müharibədə pat vəziyyəti yaranıb, həm də əsas ərazilər üsyançıların nəzarəti altındadır. Putin Suriya üzrə danışıqlar stolunda Moskva üçün zəmanətli yer qazanmağı bacardı. Amma o, qərb hökumətlərinə Suriya vasitəsilə təsir etməyi bacarmadı. Qərb əvvəlki kimi iqtisadi sanksiyaları uzadır. Kreml liderinin Yaxın Şərq macərası Rusiya ictimaiyyətini birləşdirmədi. Putin ümid edirdi ki, Suriyadakı vəziyyətdən istifadə edə biləcək və Rusiyaya yenidən böyük dövlət kimi hörmət etməli lazım olduğunu sübut edəcək”.

Putin ötən il terrorçuluğa qarşı ümumi koalisiyanın yaradılmasını təklif edib. Analitiklər bildirir ki, o, sanksiyaların ləğvi üçün böyük sazişə nail olmağa çalışırdı.

Praqa Beynəlxalq Münasibətlər İnstitutunda işləyən Rusiya üzrə ekspert Mark Qaleotti hesab edir ki, öz ölkələrini “təcavüzkar və qüdrətli Birləşmiş Ştatların mühasirəsində” olduğunu düşünən rusiyalılar hakimiyyət tərəfindən qorxudulub. Eyni zamanda onların fikrincə, bu qorxu amansız faktlara qismən əsaslanır: “Rusiya liderləri çox yaxşı bilirlər ki, onlar təcrid edilib və ölkə iqtisadiyyatının həcmi azalıb. Bəzi hesablamalara görə, İspaniyadan da aşağıdır”.

ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Cozef Danfordun sözlərinə görə, Suriyada Rusiya tərəfi ilə kəşfiyyat məlumatlarının mübadiləsi yaxşı ideya deyil. Hər iki tərəf ehtiyat edir ki, hərbi informasiyaların mübadiləsi kəşfiyyat xidmətləri üçün güclü riski yaradır.

Rusiya hərbi dairələri isə Suriyanın şimalında uçuşa qadağan bölgənin yaradılmasına dair ABŞ-ın dövlət katibi Con Kerrinin təklifini lağa qoydular. Kerrinin təklifi humanitar yardımların çatdırılmasını asanlaşdırmağa xidmət edirdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm