Qohumları Pereslə vidalaşmaq üçün xəstəxanaya çağırıldı
Bizi izləyin

Dünya

Qohumları Pereslə vidalaşmaq üçün xəstəxanaya çağırıldı

İki həftə öncə insultdan Tel- Əvivdəki “Tel ha-Şomer” xəstəxanasına yerləşdirilən İsrailin sabiq prezidenti Şimon Peresin vəziyyəti çox ağırlaşıb.

“Qafqazinfo”nun verdiyi məlumata görə, həkimlər Peresin qohumlarını xəstəxanaya dəvət edərək onunla vidalaşmağı məsləhət görüblər.

Keçmiş prezidentin vəziyyəti sentyabrın 27-də anidən pisləşib. 93 yaşlı siyasətçini müalicə edən həkimlər artıq onu həyata qaytarmağın çox çətin olduğunu bildiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm