Nəqliyyat sahəsində rüşvətə qarşı əməliyyat başladı – SON DƏQİQƏ
Bizi izləyin

Dünya

Nəqliyyat sahəsində rüşvətə qarşı əməliyyat başladı – SON DƏQİQƏ

Telekanalın həmsöhbətinin məlumatına görə, 10 nəfər saxlanılıb.

Hüquq-mühafizə orqanları nəqliyyat sahəsində nəzarət üzrə Rusiya Federal Xidmətində (“Rostransnadzor”) axtarışlar aparıb.

Publika.az xəbər verir ki, bu haqda məlumatlı mənbə “REN TV”yə bildirib.

Telekanalın həmsöhbətinin məlumatına görə, 10 nəfər saxlanılıb. Onların arasında idarənin paytaxt idarəsinin müdiri İqor Surjik, həmçinin Moskvanın qərb, cənubi-qərb və cənub inzibati dairələri üzrə avtomobil nəqliyyatına nəzarət bölməsinin dövlət inspektoru Denis Zuyev var.

Hüquq-mühafizə orqanlarındakı mənbə “İnterfaks”a bildirib ki, saxlanılanlar arasında “Rostransnadzor”un Cənub idarəsinin müdiri İqor Vısotski də var.

Digər saxlanılanlıarın adları açıqlanmır. Saxlanılan şəxslər böyük miqdarda rüşvətin alınmasında, həmçinin sərnişin və yük daşınmaları sahəsində çalışan şirkətləri himayə etməkdə şübhəli bilinirlər.

Məlumata görə, məmurlar bir neçə ay ərzində Federal Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin operativ bölmələri tərəfindən izlənilib. Hazırda “Rostransnadzor”un paytaxt idarəsi tamamilə mühasirəyə alınıb, içəridə istintaq hərəkətləri davam edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm