Obama ilə Klintonun VİDEOSU YAYILDI
Bizi izləyin

Dünya

Obama ilə Klintonun VİDEOSU YAYILDI

“Gedək, mən evə getməliyəm!”.

CBS News telekanalı ABŞ prezidenti Barak Obama ilə keçmiş prezident Bill Klintonla bağlı maraqlı bir video dərc edib.

Publika.az xəbər verir ki, İsrailin keçmiş prezidenti Şimon Peresin dəfn mərasimindən qayıdan ABŞ prezidenti Bill Klintonu təyyarəyə oturmağa razı salmağa çalışır.

“Bill, gedək!”, - artıq təyyarədə olan Obama Klintona qışqırıb.

Ancaq Klinton onun çağırışına qulaq asmır. Ehtimal ki, keçmiş prezident yerdə kiminləsə söhbət edir. Obama pilləkənə qayıdaraq yenidən Klintona səslənir: “Gedək, mən evə getməliyəm!”.

Yalnız bundan sonra Klinton təyyarəyə qalxır və Obamanın əlini sıxaraq onunla içəri keçir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm