
İranda 7 yaşlı qız uşağını zorlayaraq qətlə yetirən qatil ictimaiyyət qarşısında edam edilib.
Publika.az xarici mətbuata istinadən xəbər
verir ki,hadisə İranın Neyşəbur şəhərində baş verib.
Məluamta görə, Mehdi adlı 37 yaşındakı qatil, şəxsi mübahisələrə
görə intiqam almaq məqsədilə öldürdüyü qızın bibisinin əri olub.
Belə ki, o, əvvəlcə qızı oğurlayıb şəxsi mənzilinə aparıb. Daha
sonra azyaşlıya təcavüz edərək qətlə yetirib. Cinayəti törətdikdən
sonra qızın cəsədini atasının bağına aparıb basdırıb. O, törətdiyi
cinayətdən iki gün sonra tutulub.
Qatil, bu gün ictimaiyyətin gözü qarşısında edam edilib.