Növbəti terror aktı: 7 ölü, 2 yaralı
Bizi izləyin

Dünya

Növbəti terror aktı: 7 ölü, 2 yaralı

Ölkənin hüquq-mühafizə orqanları tərəfindən ictimai asayişi pozmaqda, qarışıqlıq yaratmaqda şübhəli bilinən 30 nəfər həbs olunub.

Əfqanıstanda terror aktı baş verib.

Publika.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi xəbər yayıb.

Məlumatda bildirilir ki, hadisə Helmand vilayətində qeydə alınıb. Vilayətin mərkəzi Laşkarşah şəhəri yaxınlığındakı Bolan bölgəsində yol kənarında yerləşdirilən bomba içində mülki vətəndaşların olduğu avtomobil ərazidən keçərkən partlayıb.

Nəticədə 4-ü uşaq olmaqla 7 nəfər yaralanıb. Hadisə zamanı həmçinin 2 nəfər xəsarət alıb.

Helmand Vilayətinin sözçüsü Ömər Zuvak bombanın bölgədə "Taliban" silahlıları tərəfindən yerləşdirildiyini iddia edib. "Taliban" məsələ ilə bağlı hər hansı açıqlama verməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm