Çində iki bina yerlə yeksan oldu
Bizi izləyin

Dünya

Çində iki bina yerlə yeksan oldu

Hadisə yerli vaxtla səhər təxminən 7:30 radələrində baş verib.

Bazar günü Çinin Qansu vilayətində iki bina uçub.

Publika.az RİA Novosti-yə istinadən məlumat verir ki, hadisə zamanı 1 nəfər xəsarət alıb.

Hadisə yerli vaxtla səhər təxminən 7:30 radələrində baş verib. Uçan binalardan biri 4, digəri 7 mərtəbəli olub.

Hadisənin səbəbi kimi torpaq sürüşməsi ehtimal edilsə də, son dövrlər həmin ərazidə torpaq sürüşməsinə səbəb ola biləcək qədər yağışlar yağmadığı da qeyd olunur.

Hadisə yerinə xilasedicilər cəlb olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm