Şounun axırı yaxşı bitmədi – İki nəfər öldü
Bizi izləyin

Dünya

Şounun axırı yaxşı bitmədi – İki nəfər öldü

İki artistin cəsədi sudan çıxarılıb, daha bir kəndirbaz isə itkin düşüb.

Çinin Sıçuan vilayətinin Pensi rayonunda sirk tamaşası bədbəxtliklə nəticələnib.

Publika.az xəbər verir ki, tamaşa vaxtı dörd kəndirbaz böyük hündürlükdən çaya düşüb. Hadisə baş verdikdən sonra heç bir sığorta tədbiri görülmədən çıxış edən sirk ustalarından birini xilas etmək mümkün olub.

İki artistin cəsədi sudan çıxarılıb, daha bir kəndirbaz isə itkin düşüb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları onun axtarışlarını davam etdirirlər.

Hadisənin baş vermə səbəbləri haqqında açıqlama verilməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm