Rusiya məhkəməsi ukraynalı “casus” jurnalisti həbs etdi - - VİDEO
Bizi izləyin

Dünya

Rusiya məhkəməsi ukraynalı “casus” jurnalisti həbs etdi - - VİDEO

Rusiya məhkəməsi Ukraynanın UKRİNFORM milli informasiya agentliyinin xüsusi müxbiri iki ay müddətinə həbs edib.

Rusiya məhkəməsi Ukraynanın UKRİNFORM milli informasiya agentliyinin xüsusi müxbirini iki ay müddətinə həbs edib.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən saxlanılan Roman Suşenko casusluqda ittiham olunur.

Federal Təhlükəsizlik Xidməti iddia edir ki, Suşenko Ukrayna Müdafiə Nazirliyinin Baş kəşfiyyat idarəsinin əməkdaşıdır. Qurum jurnalisti Ukrayna Müdafiə Nazirliyinin kadr kəşfiyyatçısı adlandırıb.

İdarənin məlumatına görə, o, Rusiya Silahlı qüvvələrinin fəaliyyəti haqqında məlumatları toplayırdı. Roman Suşenkoya qarşı Rusiya Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə (“Casusluq”) cinayət işi qaldırılıb.

UKRİNFORM Suşenkonun tutulması ilə əlaqədar bəyanat verib. Bildiriblər ki, o, 2010-cu ildən agentliyin Fransadakı şəxsi müxbirdir. Jurnalistin həbsi agentlik tərəfindən Rusiyanın Ukrayna vətəndaşlarına qarşı “kobud və qanunsuz” əməli kimi qiymətləndirilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm