Putin ABŞ-la razılaşmaya xitam verdi
Bizi izləyin

Dünya

Putin ABŞ-la razılaşmaya xitam verdi

Rusiya prezidenti Vladimir Putin silah plutoniumun istifadəsi haqqında ABŞ-la imzalanan razılaşmanın icrasının dayandırılması barədə göstəriş verib.

Rusiya prezidenti Vladimir Putin silah plutoniumun istifadəsi haqqında ABŞ-la imzalanan razılaşmanın icrasının dayandırılması barədə göstəriş verib.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, prezidentin fərmanı hüquqi informasiyanın rəsmi portalında dərc edilib.

Sənədə əsasən, qərar Vaşinqtonun düşməncəsinə hərəkətləri nəticəsində Moskvanın strateji sabitliyinə yaranan təhlükə ilə əlaqədar qəbul edilib.

Putin bu ilin aprelində Ümumrusiya xalq cəbhəsinin mediaforumunda çıxış edərkən ABŞ-ı silah plutoniumunun utilizasiyası razılığını yerinə yetirməməkdə ittiham edib. O, bildirib ki, müvafiq saziş imzalanıb və tərəflər bu materialın sənaye üsulu ilə məhv edilməsi barədə razılığa gəliblər: "Bunun üçün xüsusi müəssisələr tikilməlidir. Biz öz vəzifəmizi yerinə yetirdik, amerikalılar isə yox".

Sözügedən razılaşma 2000-ci ilin avqustunda imzalanıb. Razılaşma hər iki tərəfin 34 tondan artıq silah plutoniumu məhv etməsini nəzərdə tuturdu. Məqsəd plutoniumun əlavə hissəsinin silah proqramına qaytarılmasının qarşısının alınması idi və onun sənaye istehsalında istifadə edilməsinə nail olmaq idi.

2016-cı ilin iyununda “Rosatom”un başçısı Sergey Kiriyenko bildirib ki, ABŞ-dan fərqli olaraq Rusiya öz öhdəlikləri yerinə yetirib. O, bildirib ki, Rusiya texnologiyaları sıfırdan hazırlayaraq plutoniumun istifadəsi üçün zavod tikib. “Rusiyada zavodun tikintisi 240 milyon dollara başa gəlib. Amerikalılar 7 milyard xərcləyib, amma zavod tikilib başa çatmayıb”, - o, deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm