Dünya
Papa təyyarədə Qarabağ münaqişəsinin “həll düsturu”nu tapdı – MÜSAHİBƏ
Roma Papası Fransisk Bakı səfərini yekunlaşdırandan
sonra Vatikana doğru uçan təyyarəsində jurnalistlərin suallarını
cavablayıb. Papa 51 dəqiqə ərzində homoseksuallardan tutmuş siyasi
münaqişələrə qədər bir çox şeydən danışıb.
Publika.az həmin müsahibəni ixtisarla təqdim
edir:
- Siz Gürcüstanda dediniz ki, gender nəzəriyyəsi “nikaha
ciddi təhlükə yaradır”. Bəs siz homoseksuallara bu barədə nə
deyirsiniz?
- Mən keşiş və Roma Papası olaraq homoseksual meylli insanları
xeyir-dua ilə yola salıram. Mən onları Tanrıya yaxınlaşdırdım və
heç vaxt onlardan üz çevirmədim. İsa etdiyi kimi, insanları
xeyir-dua ilə yola salmaq lazımdır. Belə insanlar İsaya gələndə o
heç vaxt deməyəcək ki, sən homoseksualsan, kənara çəkil. Bir
fransız mənə öz oğlundan danışırdı. “Sən böyüyəndə kim olmaq
istəyirsən”, ata oğlundan soruşur. Oğlan “Qız olmaq istəyirəm” deyə
cavab verir. Ata qeyd edir ki, bütün bu meyllər məktəbdə gender
bərabərliyi ilə bağlı keçilən dərsliklərdən qaynaqlanır. Çünki
orada təbiətə zidd hallardan bəhs olunur.
- Xeyir-dua ilə yola salmaq nə deməkdir?
- Ötən il mən bir ispandan məktub aldım. O, mənə uşaqlığı və
yeniyetməliyi dövründən danışırdı. O, qızı idi və çox əzab çəkirdi,
çünki özünü cavan oğlan kimi hiss edirdi. Anasına əməliyyat olmaq
istədiyini deyir, lakin ana razılaşmır. Amma anası vəfat edəndən
sonra keşişə gedir. Keşiş ona məsləhətlər verir. Daha sonra o,
pasportunu dəyişdi, evləndi və məndən xahiş edirdi ki, öz arvadı
ilə məni ziyarətə gəlmək və beləliklə, təsəlli tapmaq istəyir. Mən
onları qəbul etdim, onlar xoşbəxt idilər. İstənilən hadisəni qəbul
etmək, insanlara xeyir-dua vermək və kömək etmək lazımdır.
- Necə düşünürsünüz, Azərbaycan və Ermənistanı necə
barışdırmaq olar?
- Burada yeganə yol səmimi, intriqasız dialoqdur. əgər bu mümkün
deyilsə, beynəlxalq məhkəməyə, misal üçün, Haaqa Məhkəməsinə
müraciət etmək lazımdır. Müharibə həmişə dağıntı gətirir, insanlar
hər şeylərini itirirlər.
- Nə üçün siz Çinə səfər etmirsiniz?
- Biz araşdırır və danışıqlar aparırıq. Mən ora getməyi çox
istərdim. Amma hələ ki, tez olduğunu düşünürəm. Mən optimistəm. Hər
şey səbrlə olanda yaxşı olur, tələsəndə işlər korlanır.
- Yeni kardinallar nə vaxt təyin olunacaq?
- Bu ilin sonunda, ya da növbəti ilin başlanğıcında. Siyahı
uzundur, lakin cəmi 13 yer var. Ortaq nöqtəni tapmaq lazımdır.
- Növbəti ildə hansı beynəlxalq səfərlərə
gedəcəksiniz?
- Portuqaliyaya dəqiq gedəcəm. Sonra Hindistana və Banqladeşə
gedəcəm. Afrikaya gedəcəyimdən əmin deyiləm, bu, siyasi vəziyyətdən
və müharibələrdən asılıdır.
Asif
-
Nida Xəbər 12:27
MEDİA saytlara dəstək layihəsinin qaliblərini açıqladı
-
Sosial11:50
Prezident büdcəni təsdiq etdi: Maaş, müavinət və təqaüdlərə nə qədər pul ayrılacaq?
-
Rəsmi xronika11:36
Prezident xüsusi təyinatlı nəqliyyat vasitələrinə baxdı - YENİLƏNDİ / FOTO
-
Dünya11:32
İnanılmaz: Kurskda döyüşən Şimali Koreya əsgərləri əsir düşməmək üçün görün nə edirlər
-
Yaxın Şərq11:28
“Mossad” Suriyada əməliyyata hazırlaşır - Məşhur casusun nəşini və...
-
Sosial11:00
Pilotun uçuşdan bir gün əvvəl anasına yazdığı mesaj... - VİDEO
-
Ekologiya10:05
Yağış, qar və külək... - FAKTİKİ HAVA
-
MDB06:16
Rusiya "Santa Klaus"u da vurdu - Müzakirələrə səbəb olan VİDEO