Dünya
Putin dəhşətli nüvə müharibəsinə hazırlaşır – ŞOK PROQNOZ
Suriyaya görə beynəlxalq gərginliyin artması fonunda Rusiyanın dövlət kütləvi informasiya vasitələri və bütün məmurlar ölkəni Qərblə dəhşətli nüvə müharibəsinə hazırlayır.
Publika.az xəbər verir ki, bu haqda Böyük Britaniyanın “The Times” nəşri yazıb.
Nəşr nümunə olaraq Rusiya Müdafiə Nazirliyinin “Ulduz” telekanalının saytında ötən həftə dərc edilən məqaləni xatırladır. Orada iddia edilir ki, Birləşmiş Ştatlar Rusiyanı cəzalandırmaq üçün hazırlıq görür.
Ötən həftənin cümə günü Rusiya Fövqəladə Hallar Nazirliyi elan etdi ki, hakimiyyət yeraltı sığınacaqlar tikib. Burada Moskvanın bütün əhalisi – təxminən 12 milyon insan yerləşə biləcək. Vladimir Putinin 2012-ci ildə prezident postuna qayıdışından sonra Moskvada nüvə hücumu ssenarisi üzrə ən azı iki dəfə təlim keçirilib.
Ötən həftə Rusiya Xarici İşlər Nazirliyi Vaşinqtonu mümkün atom zərbələrinə bəraət qazandırmaq cəhdində ittiham etdi. Daha əvvəl isə ABŞ-ın müdafiə naziri Eşton Karter bildirdi ki, Pentaqon Rusiyanın dəhşətli hücumlarından özünü qorumaq üçün “nüvə ssenariləri kitabı”na yenidən baxır.
Rusiyada 8400 hərbi nüvə yükündən ibarət olan nüvə arsenalı var. ABŞ-ın nüvə arsenalı isə 7500 nüvə yükündən ibarətdir. “Rossiya Seqodnya” agentliyinin baş direktoru, tanınmış aparıcı Dmitri Kiselyov dəfələrlə lovğalanıb ki, Rusiya Birləşmiş Ştatları ”radioaktiv külə” çevirməyə qadir olan yeganə ölkədir. Analitiklər qeyd edir ki, bü cür şərhlər əsasən daxili auditoriya üçün nəzərdə tutulub. Eyni zamanda, “The Times” nəşri bildirir ki, Putinin yaxın ətrafına tez-tez Qərblə qarşıdurmaya cəhd edən “davakar qırğılar” daxil olur.
İstirahət günləri Kreml xəbərdarlıqla çıxış etdi ki, əgər Suriya üzrə sülh danışıqlarından imtina edərsə və Bəşər Əsədin ordusuna qarşı birbaşa hərbi hərəkətlərə təşəbbüs edərsə, Amerika “qorxunc və tektonik tərpənmələr”lə rastlaşacaq. Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri general-mayor İqor Konaşenkov daha əvvəl bildirib ki, Qərb tərəfindən dəstəklənən Suriya müxalifət gücləri beynəlxalq terrorçulardır və onlara ABŞ tərəfindən nəzarət edilir.
“Rusiya cəmiyyətində Putinin son prezidentliyi dövründə əhəmiyyətli hərbiləşmə müşahidə olunur. Qızıl Meydanda böyük paradların keçirilməsi təcrübəsi yenilənib və dövlət KİV-i ölkənin silahlı qüvvələrini təbliğ etməyə başladı”, - “The Times” yekunlaşdırıb.
Ömər Dağlı
-
Nida Xəbər 12:27
MEDİA saytlara dəstək layihəsinin qaliblərini açıqladı
-
Sosial11:50
Prezident büdcəni təsdiq etdi: Maaş, müavinət və təqaüdlərə nə qədər pul ayrılacaq?
-
Rəsmi xronika11:36
Prezident xüsusi təyinatlı nəqliyyat vasitələrinə baxdı - YENİLƏNDİ / FOTO
-
Dünya11:32
İnanılmaz: Kurskda döyüşən Şimali Koreya əsgərləri əsir düşməmək üçün görün nə edirlər
-
Yaxın Şərq11:28
“Mossad” Suriyada əməliyyata hazırlaşır - Məşhur casusun nəşini və...
-
Sosial11:00
Pilotun uçuşdan bir gün əvvəl anasına yazdığı mesaj... - VİDEO
-
Ekologiya10:05
Yağış, qar və külək... - FAKTİKİ HAVA
-
MDB06:16
Rusiya "Santa Klaus"u da vurdu - Müzakirələrə səbəb olan VİDEO