Putinin gizli bağı ortaya çıxdı: “On gün sonra...”
Bizi izləyin

Dünya

Putinin gizli bağı ortaya çıxdı: “On gün sonra...”

Rusiyanın Kareliya Respublikasında, Ladoqa gölünün sahilində, Valaam adasının yaxınlığında prezident Vladimir Putinə aid olduğu ehtimal edilən bağ var.

Rusiyanın Kareliya Respublikasında, Ladoqa gölünün sahilində, Valaam adasının yaxınlığında prezident Vladimir Putinə aid olduğu ehtimal edilən bağ var.

Publika.az xəbər verir ki, bu haqda “Dojd” telekanalın araşdırılmasında deyilir.

Araşdırmanı aparan jurnalistlər hesab edirlər ki, Putin 1 iyulda bütün planlaşdırılmış görüşləri ləğv edəndə məhz orada ola bilərdi. On gün sonra Putin Valaam adasında ortaya çıxmışdı.

Qeyd edilir ki, “Praym” şirkəti bu ərazidə böyük miqdarda əraziyə sahibdir. Şirkət 2010-cu ildən 2013-cü ilə qədər Kareliyanın Laxdenpoxski rayonunda 140 hektar kənd təsərrüfatı mülkünü əldə edib. Eyni yerdə şirkət meşə fondunun 290 hektar torpağını əlavə olaraq icarə götürüb.

“Dojd”un məlumatına görə, bu ərazidə bir neçə xüsusi mühafizə olunan ev var. Yerli sakinlər onlardan birinin məhz Putinə adi olduğunu bildirirlər. Onlar Putinin bura səfərlərinin tez-tez şahidi olublar. Hərçənd, telekanal səfərlərin sənədli təsdiqini tapmağa müvəffəq olmayıb.

Bundan başqa, “Praym”ın adı KİV-də ölkə rəhbərliyi ilə bağlı olan şirkət kimi xatırlanır. Məsələn, şirkət Valdayda “Ujin” prezident dövlət iqamətgahı ilə qonşuluqda əraziyə malikdir. Həmçinin, şirkətin törəmə firmalarından biri dağ xizək kurortunun şərikidir. KİV-in məlumatına görə, Putinin qızı Katerina Tixonovanın toyu burada edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm