Rusiya səfirliyi minaatanlardan atəşə tutuldu
Bizi izləyin

Dünya

Rusiya səfirliyi minaatanlardan atəşə tutuldu

Rusiyanın Dəməşqdəki səfirliyi minaatanlardan atəşə tutulub.

Rusiyanın Dəməşqdəki səfirliyi minaatanlardan atəşə tutulub.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.

“Oktyabrın 3-də Rusiyanın Suriyadakı diplomatik missiyası minaatanlardan atəşə tutulub. Minalardan biri səfirliyin yaxınlığında yerləşən yaşayış kompleksinin yanında, daha iki mina səfirliyin yanında partlayıb. Yalnız təsadüf nəticəsində diplomatik missiyanın əməkdaşlarından heç kim zərər çəkməyib”, - məlumatda deyilir.

Bildirilir ki, atəş Suriya paytaxtının Cobar şəhəri ətrafından açılıb. Həmin əraziyə “Fath aş-Şam Cəbhəsi” və “Faylak ar-Rahman” qruplaşmalarının döyüşçüləri tərəfindən nəzarət edildiyi deyilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm