Tiflisdə “Milli Hərəkat” liderinin avtomobili partlayıb - FOTO
Bizi izləyin

Dünya

Tiflisdə “Milli Hərəkat” liderinin avtomobili partlayıb - FOTO

Tiflisdə "Milli Hərəkat" partiyasının liderlərindən biri olan Givi Tarqamadzenin avtomobilində partlayış baş verib.

Ötən gün axşam saatlarında Tiflisdə "Milli Hərəkat" partiyasının liderlərindən biri olan Givi Tarqamadzenin avtomobilində partlayış baş verib.

Publika.az APA-ya istinadən xəbər verir ki, hadisə ilə bağlı Givi Tarqamadze "Rustavi 2" televiziyasına açıqlama verib. O, avtomobilinin məsafədən idarə olunan qurğu vasitəsi ilə partladıldığını bildirib.
"Mənim avtomobilim qaz ilə işləyir, məlumat yayılıb ki, guya avtomobildə qaz balonu partlayıb. Bu, həqiqət deyil. Avtomobilim uzaqdan idarə edilən partlayıcı qurğu ilə partladılıb".

G. Tarqamadze son günlər ona qarşı telefon zəngləri ilə təhdidlər olubmu sualını cavablandırmaq istəməyib.

Hadisə ilə bağlı cinayət işi qaldırılıb, araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm