Qorbaçovdan SOS: “Nüvə silahı tətbiq oluna bilər”
Bizi izləyin

Dünya

Qorbaçovdan SOS: “Nüvə silahı tətbiq oluna bilər”

“Dünya təhlükəli vəziyyətə yaxınlaşıb”.

“Dünya təhlükəli vəziyyətə yaxınlaşıb”.

Publika.az xəbər verir ki, bunu SSRİ-nin keçmiş lideri Mixail Qorbaçov “RİA-Novosti” agentliyinə müsahibəsində deyib.

“Düşünürəm ki, dünya təhlükəli vəziyyətə yaxınlaşıb. Konkret reseptlər vermək istəməzdim, amma demək istəyirəm: dayanmaq lazımdır. Dialoqu bərpa etmək lazımdır. Onun dayandırması ən böyük səhv idi”, - siyasətçi bildirib.

Onun fikrincə, dünya əsas prioritetlərə - nüvə silahının ixtisarı, terrorizmlə mübarizə və ekoloji faciənin qarşısının alınmasına qayıtmalıdır.

“Bu çağırışlarla müqayisədə bütün qalanlar ikinci planda qalır”, - Qorbaçov qeyd edib.

SSRİ-nin sabiq prezidenti etiraf edib ki, indiki şərtlərdə nüvəsiz dünya haqqında danışmaq çətindir. Amma onun fikrincə, bu hədəf utopiya deyil: “İndiki şərtlərdə nüvəsiz dünya haqqında danışmaq çətindir. Bunu etiraf etmək lazımdır. Amma unutmayaq ki, nüvə silahı mövcuddur və onun tətbiqi təhlükəsi var. Bu, təsadüf, texniki nasazlıq, insanın qəddar iradəsi və terrorçunun müdaxiləsi ilə ola bilər. Nüvəsiz dünya utopiya deyil, imperativ ehtiyacdır”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm