Prezidentə məktub yazdığına görə əsgəri dəlixanaya saldılar - FOTO
Bizi izləyin

Dünya

Prezidentə məktub yazdığına görə əsgəri dəlixanaya saldılar - FOTO

Uşaq evinin yetirməsi olan Marat Şamiryan Ermənistan Silahlı Qüvvələrinin mühəndis birləşmələrində hərbi xidmətə çağırılıb.

Uşaq evinin yetirməsi olan Marat Şamiryan Ermənistan Silahlı Qüvvələrinin mühəndis birləşmələrində hərbi xidmətə çağırılıb. Xidməti dövründə heç bir mənfi rəy almayıb.

Virtualaz.org saytının xüsusi müxbiri xəbər verir ki, bir dəfə Marat fikir verir ki, hərbi hissədəki əsgərlər bir-birinin ardınca naməlum bağırsaq infeksiyası üzündən hospitala yollanılırlar. Təşəbbüs göstərərək, Şamiryan xəbər tutur ki, hissənin hərbçilərinə verilən konservlərin və digər bir sıra məhsulların istifadə müddəti bitib.

Bu barədə Marat əvvəlcə hissə komandirinə məlumat verir, lakin tədbir görmək əvəzinə, onun özünü qauptvaxta salırlar.

Azad olunan kimi Marat son addıma əl atır – vaxtı ötmüş qida məhsulları barədə müdafiə naziri Seyran Ohanyana və prezident Serj Sarkisyana məktub yazır. Bu məktub əsgərin həyatını dəyişir.

Məktub haqda öyrənən Ermənistan SQ mühındis qoşunları idarəsinin rəisi Karen Abramyan (bu yaxınlarda 5-ci ordu korpusuna komandan təyin edilib) Maratı psixiatriya xəstəxanasına yollamağa qərar verir.

Hərbi xidmətdən öncə tibbi komissiyadan keçmiş əsgəri heç bir müayinə aparılmadan “şizofreniya” diaqnozu ilə Yerevandakı hərbi hospitalın psixiatriya şöbəsinə yatırırlar.

Bu gün, bir neçə aylıq faktiki məhkumluqdan sonra Marah nəhayət azadlığa çıxıb və hüquq müdafiəçilərindən, jurnalistlərdən onun başına gətirilənləri araşdırmağı xahiş edib.

Onun sözlərinə görə, qoyulan diaqnoz üzündən onu indi heç kim işə götürmək istəmir və ailəsi ac qalıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm