Məhkəmə 683 nəfərin edamına qərar verdi
Bizi izləyin

Dünya

Məhkəmə 683 nəfərin edamına qərar verdi

Məhkəmə 683 nəfərin edamına qərar verdi

Misirdə məhkəmə 683 nəfərin edamına qərar verib .

Publika.az – ın xarici mətbuata istinadən verdiyi məlumata görə, onların arasında"Müsəlman Qardaşları" təşkilatının başçısı Məhəmməd Badie də var.

Məhkəmə qərarı müftiyə göndərilib. Qərar Misir tarixinin ən böyük edam qərarı hesab olunur.

Qeyd edək ki, avqust ayında Sina çölündə misirli hərbçilərə edilən hücumun günahkarı kimi göstərilən “Müsəlman Qardaşları” təşkilatının rəhbərləri də daxil olmaqla 683 nəfər ötən ay mühakimə edilmişdi. Ancaq “Müsəlman Qardaşları” təşkilatının üzvləri məhkəmə prosesini boykot etdiyindən məhkəmə bu günə təxirə salınmışdı.

Müdafiə tərəfinin vəkilləri də məhkəməni hüquqsuz hesab etdiklərinə görə iştirak etməmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm