Prezident: “Arvadım başqa...” – VİDEO
Bizi izləyin

Dünya

Prezident: “Arvadım başqa...” – VİDEO

Nigeriya prezidenti Məhəmməd Buhari Almaniya səfəri zamanı arvadının onu hədələməsini şərh edib.

Nigeriya prezidenti Məhəmməd Buhari Almaniya səfəri zamanı arvadının onu hədələməsini şərh edib.

Publika.az xəbər verir ki, prezidenti Almaniya kansleri i Angela Merkellə görüşdən sonra keçirdiyi birgə mətbuat konfransında arvadı Ayşə Buharinin mətbəxə aid olduğunu bildirib.

“Mən bilmirəm, o, hansı partiyanın üzvüdür, amma mənim həyat yoldaşım mənim mətbəximə, mənim qonaq otağıma və başqa otağa aiddir”, - prezidenti bildirib.

Xatırladaq ki, Nigeriyanin birinci xanımı BBC-ə müsahibəsində ərini hədələyib. O bildirib ki, hökumətdə dəyişikliklər etməsə növbəti seçkilərdə ona dəstək göstərməyəcək. Ayşə Buhari deyib ki, prezident təyin etdiyi bir çox yüksək rütbəli rəsmini "tanımır": “Prezident təyin olunan şəxslərin çoxunu, misal üçün, 50 nəfərdən 45-ni tanımır. Və 27 ildir ki, onun xanımı olmağıma rəğmən mən də onları tanımıram”.

O, iddia edib ki, hökumət qarət edilib və prezidentin təyinatlarını "az adam" dəstəkləyir.

Nigeriyada prezident seçkiləri 2019-cu ildə keçiriləcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm