Kreml ideoloqu: “Bu amildən Azərbaycana qarşı yalnız son anda istifadə ediləcək”
Bizi izləyin

Dünya

Kreml ideoloqu: “Bu amildən Azərbaycana qarşı yalnız son anda istifadə ediləcək”

Kreml ideoloqu: “Bu amildən Azərbaycana qarşı yalnız son anda istifadə ediləcək”

Kremlə bağlı rusiyalı politoloq, prezident Vladimir Putinin “yeni SSRİ” adlandırılan Avrasiya İttifaqı layihəsinin baş təbliğatçısı olan Aleksandr Duqin erməni mətbuatına müsahibə verib. Qeyd edək ki, o, həm də “Qriboyedov” Ermənistan-Rusiya klubunun üzvüdür.

Publika.az – ın verdiyi xəbərə görə, A.Duqin Azərbaycanla bağlı təcavüzkar iddialarını yenidən səsləndirib.

O, Azərbaycanın Rusiyadan kənar “böyük qardaş” axtarışlarının Moskvanın sərt reaksiyasını doğuracağını bir daha ifadə edib:

“Azərbaycan BMT Baş Assambleyasında qəbul olunan Ukrayna qətnaməsinin lehinə səs verdi. Mən məsələ ilə bağlı bundan əvvəl də bildirmişəm ki, Rusiya post-sovet ölkələrin, həmçinin Azərbaycan və Ermənistanın ərazi bütövlüyünün zaminidir. Təbii ki, post-sovet ölkələri öz ərazi bütövlüyünü Rusiya ilə mehriban münasibətləri hesabına saxlaya bilərlər. Əksinə, antirus siyasətlə ərazi bütövlüyünü şübhə altına qoymaq olar. Mən bunu yalnız Azərbaycan deyil, həm də Ermənistan, Gürcüstan, Moldova və Ukrayna ilə bağlı deyirəm. Bu fakt artıq Cənubi Osetiya, Abxaziya, Dnestryanı, Krım və Qarabağla bağlı təsdiqini tapıb. Qarabağ bu gün ermənilərindir, çünki, ermənilər Rusiya ilə razılaşdılar”.

Dağlıq Qarabağın Rusiya tərəfindən tanınmasına gəlincə, A.Duqin bildirib ki, hətta ən ekstremal şəraitdə belə sepatarçı rejimin Moskva tərəfindən tanıyacağını düşünmür. Rusiyalı politoloq hesab edir ki, indiki vəziyyət Rusiya üçün tamamilə əlverişlidir. “Azərbaycan Rusiya ilə bu şəkildə danışmağa davam edərsə, Moskvanın əlində Dağlıq Qarabağdan başqa amillər var və onlardan istifadə edilə bilər. Məsələn, ləzgi və talış amili. Rusiyanın əlində Dağlıq Qarabağ faktı var. Ancaq bu amildən yalnız son anda istifadə ediləcək. Rusiya Dağlıq Qarabağ amilindən istifadə etməyə tələsmir, amma o mövcuddur. Əgər Azərbaycanın siyasəti Saakaşvilinin antirust siyasətinə oxşar şəkildə aparılarsa, uyğun nəticələr özünü göstərəcək. Ermənistanda belə ssenarilər olduğu halda, eyni təhlükə yarana bilər”.

“Rusiya Qarabağın müstəqilliyini niyə tanımır, Ermənistan Rusiya ilə birlikdə KTMT-nin üzvü olduğu halda Ermənistan-Azərbaycan sərhədində baş verənlərə Moskva niyə reaksiya vermir” sualına rusiyalı politoloq bu şəkildə cavab verib:

“Hesab edirəm ki, Rusiya Qarabağın müstəqilliyini tanımadan Azərbaycanla diplomatik münasibətlərin inkişafı üçün imkanı saxlayır. Azərbaycan Rusiya ilə tarixi, iqtisadi və geosiyasi əlaqələrlə çox bağlı regional ölkədir. Qarabağı tanımadan Rusiya bu əlaqələri saxlayır. Bu əslində çox əhəmiyyətlidir. Bununla Rusiya göstərir ki, münaqişə tərəfi kimi çıxış etmir. Rusiya Qarabağın Ermənistana aid olduğu faktını qəbul edir, amma de-yure Azərbaycan tərkibində olmasını tanıyır. Beləliklə, Rusiya Ermənistanı de-fakto dəstəkləyir, amma Azərbaycanla de-yure razılaşır. Rusiya Dağlıq Qarabağın müstəqilliyi tanıya bilərdi, amma bunun üçün arqumentlərə malik olmalıdır. Məsələn, azərbaycanlılar bizimlə münasibətləri tamamilə korlamağa cürət edəcəksə, biz bunu edəcəyik”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm