Vitse-prezidentin kortejinə hücum -15 ölü, 20 yaralı
Bizi izləyin

Dünya

Vitse-prezidentin kortejinə hücum -15 ölü, 20 yaralı

Əfqanıstanın vitse-prezidenti Əbdül-Rəşid Dustum “Taliban” hərəkatının döyüşçüləri ilə toqquşmada yaralanıb.

Əfqanıstanın vitse-prezidenti Əbdül-Rəşid Dustum “Taliban” hərəkatının döyüşçüləri ilə toqquşmada yaralanıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda “Khaama Press” bildirib.

Türkiyənin “Anadolu” agentliyi isə dəqiqləşdirib ki, özbək generalın kortejinə silahlı hücum ölkənin şimalındakı Məzari-Şərifdə olub. Hücum nəticəsində təhlükəsizlik gücləri və generalı müşayiət edən səhra komandirləri də daxil olmaqla 15 nəfər həlak olub, 20 nəfər yaralanıb.

Dustumun özünün sözlərinə görə, taliblər əvvəlcə kortejin yolu üzərində partlayış törədiblər. Bundan sonra atışma başlanıb. Avtomobillərdən birində olan general yüngül yaralanıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm