Putin bu rayonu qaytarmayacaq – RƏSMİ
Bizi izləyin

Dünya

Putin bu rayonu qaytarmayacaq – RƏSMİ

Publika.az Ukraynanın UNİAN agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açqılamasında deyib.

“Rusiya Debaltsevo rayonunun Ukraynanın nəzarətinə qaytarılması ilə razı deyil”.

Publika.az Ukraynanın UNİAN agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açqılamasında deyib.

Onun sözlərinə görə, bu məsələ üzrə iş nazirlər və onların köməkçilərı səviyyəsində davam etdiriləcək.

Kremlin sözçüsü bildirib ki, Rusiya dövlətinin başçısı bütovlükdə Donbas hövzəsində ATƏT-in silahlı missiyasının yerləşdirilməsi ilə razılaşıb və bununla məşğul olması üçün Almaniyanın ATƏT-ə sədrliyindən istifadə etməyi təklif edib.

Qeyd edək ki, oktyabrın 19-da Berlində Ukrayna böhranını həll etmək üçün yaradılan “Normandiya dördlüyü” çərçivəsində Rusiya prezidenti Vladimir Putin, Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Fransua Olland və Ukrayna prezidenti Pyotr Poroşenko arasında danışıqlar olub.

Poroşenko danışıqlardan sonra mətbuat konfransında bildirib ki, Kiyev Zolotoy, Petrovski, Stanitsa Luqanksdə Ukrayna güclərin yerləşdirilməsini təkid edir. Onun sözlərinə görə, bu iş daha dörd yerdə davam etməli, xüsusi halda, Debaltsevoda demilitarizasiya həyata keçirilməlidir.

“Ukrayna tərəfi təkid edir ki, bu dörd məntəqə arasında Debaltsevo mütləq olsun. Biz bu rayonun demilitarizasiyasını təmin etməliyik”, - Ukrayna prezidenti vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm