Ukrayna Rusiya kəşfiyyatçısının əsl kimliyini açıqladı - Video
Bizi izləyin

Dünya

Ukrayna Rusiya kəşfiyyatçısının əsl kimliyini açıqladı - Video

Ukrayna Rusiya kəşfiyyatçısının əsl kimliyini açıqladı-Video

Ukrayna Təhlükəsizlik Xidməti Rusiya Silahlı Qüvvələrinin Baş qərargahı nəzdində Baş Kəşfiyyat İdarəsinin (QRU) zabiti İqor Strelkovun əsl kimliyini müəyyənləşdirib.

Publika.az – ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat mərkəzinin rəhbəri Marina Ostapenko bildirib.

O, qeyd edib ki, “Strelkov” ləqəbi ilə Ukrayna ərazisində hərəkət edən rus kəşfyyatçısının əsl ad və soyadı İqor Vsevolod Qirkindir. “O, Rusiya vətəndaşıdır. 17 dekabr 1970-ci ildə doğulub, pasportlar nömrəsi isə 4506460961-dir. İqor Moskvada şəhərində qeydiyyatdadır”, - Ostapenko deyib.

M.Ostapenko bildirib ki, Qirkin daha əvvəllər Rusiyanın xarici pasportu ilə dəfələrlə Ukraynaya gəlib. Rus kəşfiyyatının zabiti sonuncu dəfə 26 fevral tarixində Ukrayna sərhədini qanuni şəkildə keçərək Simferopola gəlib. Səhərisi gün isə Krım Muxtar Respublikasının Ali Radası ələ keçirilib və bu yarımadanın işğalının başlanğıcı olub.

Qeyd edək ki, Ukrayna Təhlükəsizlik Xidməti İ.Strelkovu axtarışa verib. Ukraynanın şərqində diversiya əməliyyatlarına başçılıq edən Strelkov separatçı "Donetsk Xalq Respublikası”nın silahlı qüvvələrinin komandanı təyin olunub.

Ukrayna Təhlükəsilik Xidməti İ.Strelkovun Rusiya kəşfiyyatı ilə apardığı telefon danışıqlarını qeydə aldığını açıqlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm