Gürcüstanda hərbi avtomobil aşıb, ölən və yaralananlar var
Bizi izləyin

Dünya

Gürcüstanda hərbi avtomobil aşıb, ölən və yaralananlar var

Bu gün Gürcüstanın Kaxeti bölgəsində Dedopliskaro-Siqnaxi-Tiflis avtomobil magistral yolunda qəza baş verib.

Bu gün Gürcüstanın Kaxeti bölgəsində Dedopliskaro-Siqnaxi-Tiflis avtomobil magistral yolunda qəza baş verib.

APA-nın Gürcüstan bürosunun gürcü mətbuatına istinadən məlumatına görə, yol-nəqliyyat hadisəsi zamanı “KAMAZ” markalı hərbi avtomobil aşıb. Məlumata görə, avtomobildə 37 hərbçi olub, onlardan biri ölüb. Hadisə zamanı xəsarət alan hərbçilər Dedopliskaro və Tsnori xəstəxanalarına yerləşdirilib. Xəsarət alan 5 əsgər isə Tiflisdə müalicə olunacaq. Onların həyatı üçün təhlükə yoxdur.

Hadisədən xəbər tutan Gürcüstan Müdafiə naziri Levan İzoria dərhal Dedopliskaroya yola düşüb. Nazir hərbçilərə baş çəkib və onların vəziyyəti ilə maraqlanıb. Müdafiə naziri hadisə nəticəsində ölən hərbçinin ailəsinə başsağlığı verib.

Hadisə ilə bağlı Gürcüstan CM-nin 276-cı maddəsi ilə araşdırma başlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm