Dünya
Ollandla Putinin gizli hərbi anlaşması ifşa olundu – ŞOK FAKTLAR
Misir Rusiyaya 1 dollara iki ədəd Fransa istehsalı olan “Mistral” tipli vertolyot gəmisi satıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, bunu Polşanın müdafiə naziri Antoni Matsareviç parlamentdə çıxışı zamanı bəyan edib.
Nazir deyib ki, sözügedən gəmiləri əvvəl Fransa özü Rusiyaya satmaq istəsə də, ancaq ABŞ və Avropa Birliyinin təzyiqlərindən sonra bundan vaz keçib:
“Daha sonra isə Fransa həmin gəmiləri Misirə ötürüb. Misir isə Fransa gəmilərini formal olaraq 1 dollara Rusiyaya satıb. Hələ 2011-ci ildə Fransanın 1,2 milyard avroluq qarşılığında Rusiya üçün 2 ədəd “Mistral” tipli vertolyot gəmisinin istehsalı ilə bağlı razılıq əldə olunub. Fransa Krımın işğalı və Ukraynaya hücumlardan sonra ABŞ və digər Qərb ölkələrinin təzyiqi ilə Rusiyaya “Mistral” gəmilərinin satışından imtina edib. Buna görə də 2015-ci ildə Rusiya və Fransa “Mistral” tipli 2 döyüş gəmisinin istehsalı ilə bağlı müqaviləni ləğv etmişdi. Ancaq Fransa prezidenti Fransua Olland həmin gəmiləri Misirə satdı. Həmin gəmilərdən biri iyunda, digəri isə sentyabrda Misirə təslim edilib. Misir isə həmin gəmiləri yenidən Rusiyaya satıb. Bu barədə bizdə dəqiq kəşfiyyat məlumatları var”.
Antoni Matsareviç bütün bunlara görə Fransa hökumətini “ikiüzlü” adlandırıb.
Vasif Həsənli
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...