Əsəd Fransanı müxalifətə maliyyə dəstəyi göstərməkdə ittiham etdi
Bizi izləyin

Dünya

Əsəd Fransanı müxalifətə maliyyə dəstəyi göstərməkdə ittiham etdi

Suriya Prezidenti Bəşşar Əsəd Fransanı Qətər və Səudiyyə Ərəbistanından böyük məbləğdə maliyyə vəsaiti alaraq suriyalı müxalifləri dəstəkləməkdə günahlandırıb.

Suriya Prezidenti Bəşşar Əsəd Fransanı Qətər və Səudiyyə Ərəbistanından böyük məbləğdə maliyyə vəsaiti alaraq suriyalı müxalifləri dəstəkləməkdə günahlandırıb.

Fransa mətbuatında yer alan xəbərlərdə dövlət başçısı "Fransanın adətən Qətər və Səudiyyə Ərəbistanının vəkili kimi davrandığını" iddia edib.

Qərb ölkələri, xüsusilə Fransanı və Körfəz ölkələrini suriyalı müxaliflərə dəstək verdikləri üçün sərt tənqid edən B.Əsəd Avropa İttifaqının Yaxın Şərq siyasətinin artıq ABŞ tərəfindən müəyyən edildiyini qeyd edib: "11 sentyabr tarixindən etibarən Avropa xarici siyasəti ortada yoxdur".

Qeyd edək ki, Fransa Suriya müxalifətini tanıyan ilk Avropa ölkəsidir. /Trend/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm