Maltada qəzaya uğrayan təyyarədə Fransa vətəndaşları olub– - FOTO/VİDEO
Bizi izləyin

Dünya

Maltada qəzaya uğrayan təyyarədə Fransa vətəndaşları olub– - FOTO/VİDEO

Maltadan qalxan və Avropa Birliyinin sərhəd agentliyinin (Frontex) səlahiyyətlilərini daşıyan təyyarə qəzaya uğrayıb.

Maltanın cənubunda təyyarə qəzasında ölən 5 nəfər Fransa vətəndaşları olub.

Trend-in "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, yüngül motorlu "Metroliner" təyyarəsi Liviyanın Misrat şəhərinə gedirmiş.

Agentlik bildirir ki, hazırda mülki şəxslərin, yoxsa hərbi qulluqçuların öldüyü məlum deyil.

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini təyyarədə Aİ məmurlarının olması barədə məlumatları təkzib edib. O, "Twitter" səhifəsinə yazıb: "Reysin Aİ-nin fəaliyyətinə heç bir aidiyyəti yoxdur".

Araşdırma davam etdirilir.

***

Maltadan qalxan və Avropa İttifaqının sərhəd agentliyinin (Frontex) səlahiyyətlilərini daşıyan təyyarə qəzaya uğrayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 5 adam həyatını itirib.

Ölənlərin kimliyi hələ dəqiqləşməyib. Məlumata görə, Lüksenburq təyyarəsi “Frontex”in əməkdaşlarına kirayə verilmişdi. Təyyarə havaya qalxandan qısa müddət sonra qəzaya uğrayıb. Təyyarə Liviyanın Misrata şəhərinə uçurdu.

Qəzanın səbəbləri barədə məlumat yoxdur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm