Dünya
Şəhər işğal olunacaq, 1,5 milyon insan öldürüləcək
Şiələrin silahlı qrupu olan Haşdi Şabinin Mosul
əməliyyatında yer alması sünnilər tərəfindən narahatlıqla
qarşılanır.
Publika.az xəbər verir ki, İraqda sünni xalq
hərəkatının sözçüsü Şeyx Faruk ez-Zufeyri Haşdi Şabinin Fəllucada
olduğu kimi, Mosulda da mülki əhaliyə qarşı hücum edəcəyi
ehtimalının olduğundan danışıb.
“Mosulda bir milyon yarım insanın həyatı təhlükədədir. Gözləntilərə
görə, Haşdi Şabi Fəllucada etdiyi kimi, Mosulda da mülki əhaliyə
hücum edəcək. Mosul hazırda ABŞ-ın dəstəklədiyi 80 min döyüşçü və 8
minə yaxın İran İnqilab Keşişçilər Korpusunun üzvü tərəfindən
mühasirəyə alınıb. İŞİD-lə döyüşmək bəhanəsi ilə şəhərə girəcəklər
və mülki əhaliyə atəş açacaqlar. Fəllucanın İŞİD-dən xilas edilməsi
zamanı da eyni şeylər yaşandı. Əvvəlcə Haşdi Şabinin Fəlluca
girməyəcəyi deyilirdi. Daha sonra onlar girdilər və hələ də
Fəllucada onların qərargahı var”, - deyə o bildirib.
Zufeyri qeyd edib ki, İran Mosula nəzarəti ələ alarsa, İraqın
şimalındakı kürd bölgəsinə və Suriyaya hakim olacaq:
“Livandakı Hizbullaha dəstək vermək üçün İrandan quru yolu ilə
İraqdakı sünni bölgələrdən və Suriyadan keçərək getmək lazımdır.
İran bu bölgələrdə dəhliz yaratmaq istəyir”, - deyə o bildirib.
Asif
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!