Antalyada partlayış: yaralılar var (YENİLƏNİB) – - VİDEO
Bizi izləyin

Dünya

Antalyada partlayış: yaralılar var (YENİLƏNİB) – - VİDEO

Antalya Ticarət və Sənaye Otasının binasında partlayış baş verib.

Antalya Böyükşəhər bələdiyyə başçısı Menderes Türel Antalya Ticarət və Sənaye Odasının avtoparkında baş verən partlayışla əlaqədar ilk açıqlama verib.

“Terror demək üçün hələ tezdir. Şəhərdən uzaq bir nöqtədir. Partlayış avtoparkda kimsənin olmadığı bir yerdə baş verib. Qəza da ola bilər”, - bələdiyyə başçısı bildirib.

Bu gün günortadan sonra Antalya Ticarət və Sənaye Palatasının toplantısı keçirilməli idi. Menderes Türelin də toplantıya qatılması gözlənilirdi.

Antalya Ticarət və Sənaye Odasının başçısı Davud Çetin LPG-li (mayeləşdirilmiş qaz) bir avtomobilin partlaması ehtimalının da araşdırıldığını söyləyib.

***

Antalya Ticarət və Sənaye Palatasının binasında partlayış baş verib.

Publika.az DHA agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində 10 nəfər yaralanıb, bir avtomobil tamamilə yararsız vəziyyətə düşüb, daha 4 avtomobil və ətrafdakı binalar zərər görüb.

Hadisənin terror olub-olmadığı araşdırılır. Minalanmış avtomobilin partladıldığı iddia edilir. Ancaq səlahiyyətlilər bu məlumatı hələ təsdiqləmirlər.

Bina tamamilə boşaldılıb və ikinci bir partlayış ehtimalı ilə təhlükəsizlik tədbirləri gücləndirilib.

Şüşə qırıntılarından yaralananlar xəstəxanalara aparılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm