Obamanın köməkçisindən gözlənilməz ÇAĞIRIŞ: “PKK Türkiyəni təhdid edir”
Bizi izləyin

Dünya

Obamanın köməkçisindən gözlənilməz ÇAĞIRIŞ: “PKK Türkiyəni təhdid edir”

“PKK terror təşkilatıdır və NATO-ya üzv ölkə olan Türkiyəni təhdid edir”.

“PKK terror təşkilatıdır və NATO-ya üzv ölkə olan Türkiyəni təhdid edir”.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Barak Obamanın İŞİD terror təşkilatına qarşı mübarizə məsələləri üzrə xüsusi köməkçisi Brett Qurk Bağdadda keçirdiyi mətbuat konfransında çıxışı zamanı bəyan edib.

Obamanın xüsusi köməkçisi bildirib ki, bu problemin tezliklə həlli üçün Türkiyə hökuməti ilə “İraq Kürd Bölgə Rejimi” arasında razılıq əldə olunmalıdır:

“Hazırda Mosul əməliyyatları plan üzrə davam edir və uğurlu nəticələri var. Ancaq bu əməliyyata müəyyən zaman sərf olunacaq. Çünki İŞİD terrorçuları kiçik qruplar şəkilində Kərkük və Rutbada fərqli yerlərdə terror aktları törədir. Bu kimi terror aktlarının daha da artacağını düşünürük. Burada İŞİD terrorçuları təmizlənəndən sonra ABŞ ordusunun qalıb-qalmaması məsələsi də İraq hökumətinin qərarından asılı olacaq”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm